“Qarabağ” yeni qapıçı transfer edir?

Son Azərbaycan çempionu “Qarabağ” heyətini çexiyalı qapıçı ilə gücləndirə bilər.

Yenicag.az xəbər verir ki, söhbət Vatslav Qladkidən gedir.

Bu iddia ilə “The Scottish Sun” portalı çıxış edib.

İddiaya görə, Ağdam təmsilçisi Şotlandiyanın “Sent-Mirren” klubunun qolkiperinin xidmətində maraqlıdır.

Qeyd edək ki, 29 yaşlı əlcək sahibinin klubu ilə 2020-ci ilin yayınadək sözləşməsi var.