“Qarabağ” yeni transferini AÇIQLADI – FOTO

“Qarabağ” komandası yeni transferini açıqlayıb.

Yenicag.az klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ovusu Kvabenanın keçidini rəsmiləşdirib. 23 yaşlı qanalı hücumçunun müqaviləsinin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, cari mövsüm “Kordoba”nın heyətində 16 oyuna çıxan Ovusu Kvabena 6 qola imza atıb.