!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" yeni transferlərini açıqladı - FOTO

!Reklam – Yazi

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” növbəti transferini reallaşdırıb.

Yenicag.az xəbər verir ki, Ağdam klubu Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb.

Jezniçak keçidi haqda öz fikirlərini də bölüşüb:

“Azərbaycanın ən yaxşı komandasının – “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdır, çünki geridə qalan 13 ili “Qarabağ” kimi veteran klub olan “Legiya”da keçirtmişəm. Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı nəticələr əldə edəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdür. Yayda sabiq komandam “Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.

Qeyd edək ki, mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın “Vidzev Lodz” klubunda başlayıb və cəmi 1 il sonra Polşanın veteran klublarından “Legiya”ya transfer olub. 30 yaşlı yeni transfer son 13 ili “Legiya”da keçirib. Jezniçak “Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Superkubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.

Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb. Mərkəz müdafiəçisi “Qarabağ”da “52” nömrəli formayla mübarizə aparacaq.

Bundan başqa ağdamlılar yarımmüdafiəçi Vild-Donald Geryenin transferi rəsmən açıqlanıb. “Alanyaspor”un oyunçusu ilə uzun sürən danışıqlar, nəhayət ki, müsbət nəticələnib.

Bu gün Azərbaycan çempionu “Qarabağ”la 2 illik müqavilə bağlayan 28 yaşlı futbolçu keçidi ilə bağlı açıqlama verib:
“Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. “Qarabağ” dördüncü dəfədir ki, ard-arda çempion olur və 3 ildir ki, Avropa Liqasının qrup mərhələsində oynayır. Bunların hamısını yaxşı anlayıram. Hansı komandada olmağıma baxmayaraq, həmişə meydana qələbə üçün çıxıb, əlimdən gələni etmişəm. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Əgər bu gün “Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”.

Xatırladaq ki, peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubundan başlayan Vild-Donald Gerye 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan 28 yaşlı yarımmüdafiəçi 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə “Alanyaspor” forması altında 24 oyunda 4 qolla yadda qalıb.

Yenicag.az

www.yenicag.az

1080
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv