“Qarabağ” yoxlama matçı keçirəcək

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən “Qarabağ” və “Zirə” yoxlama oyununda qüvvəsini sınayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

Martın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.