Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, lider “Qarabağ” “Zirə” komandasını qəbul edib. “Azersun Arena”dakı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Qarabağ” ilk pillədəki mövqeyini qoruyub. 23 xalı olan “Zirə” isə 4-cüdür.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” “Səbail”i 3:1 hesabı ilə üstələyib, “Kəpəz” Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib – 1:1. Tura noyabrın 29-da “Turan Tovuz” – “Sabah” və “Sumqayıt” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.