“Qarabağ” “Zirə” ilə oyunda xal itirdi

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Yenicag.az-ın məlumatına görə, turun son matçında “Qarabağ” “Zirə”nin qonağı olub.

Qarşılaşmada hesab açılmayıb və komandalar 1 xala razılaşıblar. 68-ci dəqiqədə Ağdam klubunun heyətində Rahil Məmmədov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bu heç-heçədən sonra xallarını 9-a çatdıran qonaqlar 4-cü pilləyə yüksəlib. 11-ci xalını qazanan “qartallar” isə 3-cü sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, bu gün keçirilən ilk oyunda “Sabah” öz meydanında “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. İlk oyun günündə “Qəbələ” evdə “Səbail”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. “Neftçi” isə səfərdə “Keşlə”yə qalib gəlib – 1:0./Report/