“Qarabağ” “Zirə”ni səfərdə məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Zirə” evdə “Qarabağ”la üz-üzə gəlib. Qış fasiləsindən sonra qələbə üzünə həsrət qalan “qartallar” bu sindromu Ağdam təmsilçisi ilə matçda qırmaq niyyətində idi. Lakin “Zirə” hətta ən yaxşı formada olduğu vaxtlarda belə “Qarabağ”ı məğlub edə bilməmişdi. Elə bu dəfə də belə olub. Ötən tur Sumqayıtda bitimə 4 tur qalmış çempionluğunu rəsmiləşdirən “Qarabağ” özü üçün heç bir əhəmiyyət daşımayan oyunda qələbə qazanıb.

Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

Azərbaycan Premyer Liqası
25-ci tur
27 aprel

“Zirə” – “Qarabağ” 1:2
Qollar: A.Dedov, 61 – Donald Gerye, 55. Miçel, 90+2.
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli.
Zirə. İdman Kompleksinin stadionu, 19:00.