“Qarabağ” “Zirə”yə, “Sumqayıt” “Səbail”ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

“Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qonaqlar bu oyundan qalib ayrılıblar.

Lider “Qarabağ” isə “Azərsun Arena”da “Zirə”ni sınağa çəkib. Ağdam klubu əsas rəqiblərindən biri olan bu komanda üzərində inamlı qələbəyə sevinib.

Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında “Qəbələ” səfərdə “Kəpəz”i 1:0, “Neftçi” isə evdə “Keşlə”ni 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqa
XIX tur
10 mart

“Səbail” – “Sumqayıt” 0:1
Qol: A.Yunanov, 69.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
“Bayıl Arena”

“Qarabağ” – “Zirə” 2:0
Qollar: Dani Kintana, 22. Elvin Yunuszadə, 35.
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Azərsun Arena”