“Qarabağ zonasında xalis sıfıra nail olunması nəzərdə tutulur” – Nazir müavini

“İşğaldan azad edilmiş ərazilərdə enerji səmərəliliyi ilə bağlı NDC2 çərçivəsində hazırda 3-cü sənədin hazırlığı gedir”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə qədər xalis sıfır zonası elan edilib: “Bizim NDC2 çərçivəsində hazırda 3-cü sənədin hazırlığı gedir. Artıq Qarabağ zonasında xalis sıfıra nail olunması nəzərdə tutulur. Bu da o deməkdir ki, ən son texnologiyalarla, o cümlədən “Azərişıq”ın ən yeni innovativ üsullarının tətbiqi ilə itkilər çox ciddi miqdarda azalıb, Avropa standartlarına yaxınlaşır”./unikal