“Qarabağ” Zubirə yeni müqavilə təklif etdi

“Qarabağ” klubu futbolçusu Abdullah Zubirə yeni müqavilə təklif edib.

Yenicag.az xəbər verir ki, AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi aparıcı oyunçusunu buraxmaq fikrində deyil.

Fransalı yarımmüdafiəçinin Azərbaycan çempionu ilə hazırkı sözləşməsinin müddəti bu mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.

COP29