Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Yenicag.az xəbər verir ki, namizədlər Patrik Şik (“Bayer”), Rafael Leao (“Milan”), Məhəmməd Salah (“Liverpul”) və Məhəmməd Kudusdur (“Vest Hem).
Xatırladaq ki, Patrik Şik ötən gecə “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri oyunda dubl edib. Bu qollar “Bayer”ə qələbə və 1/4 finala vəsiqə qazandırıb.
UEFA-nın saytında keçirilən sorğudan sonra qalibin adı açıqlanacaq.