Bu gün Azərbaycan Xalq Hərəkatının (AXH) təşkilatçılığı ilə Lökbatanda mitinq keçirilir.
Yenicag.az xəbər verir ki, mitinq təyin edildiyi vaxt başlayıb.
Mitinqdə AXH-nin rəhbərliyi, Ümid Partiyasının sədri İqbal Ağazadə, ictimayət nümayəndələri iştirak edir.
Mitinq “Qarabağa azadlıq”, “İşğala son” şüarları ilə keçirilir.
Səxavət Məmməd