Son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında çıxışını davam etdirir.
Yenicag.az xəbər verir ki, ikinci təsnifat mərhələsində Albaniya “Kukesi”ni mübarizədən kənarlaşdıran Ağdam təmsilçisinin növbəti rəqibi Belarus BATE klubudur.
Qeyd edək ki, Qurban Qurbanovun komandası mərhələ adlamaqla yanaşı, həm də büdcəsini zənginləşdirir.
Belə ki, ÇL-də iştirakına görə 280 min avro mükafat alan “atlılar”, Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırdığı üçün 380 min avro qazanıb. “Kukesi” üzərində qələbə isə “Qarabağ”a 480 min avro qazandırıb. Bu isə ümumilikdə 1,14 milyon avro qazanc deməkdir.