!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağa BÖYÜK QAYIDIŞ: "Dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq istəyiriksə..."

!Reklam – Yazi

“Bütün çağırış və risklərə baxmayaraq, müvafiq infrastrukturun bərpası ilə bağlı işlər görülməkdədir”.

Bu fikirləri qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı fikirlərini bölüşən professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında səsləndirib.

İqtisadçı qeyd edib ki, sözügedən bölgədə investisiya artımı üçün müvafiq şərait yaradılmalıdır:

“Məlumdur ki, iqtisadiyyatdakı qeyri-tarazlıqlar bölgələr üzrə əmək qüvvəsi resurslarının effektiv yerləşməməsi ilə bağlı olur. Ona görə də tarazlı və dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq istəyiriksə, regional baxımdan əmək resurslarının və məhsuldar qüvvələrin mütləq şəkildə tarazlığını təmin etməliyik. Fikrimcə, bu istiqamətlər üzrə proseslər intensivləşməlidir. Aydın məsələdir ki, proseslərin sürətlənməsinə mane olan amillər var. İlk növbədə, minalarla bağlı problem ön sıradadır. Eyni zamanda, müvafiq infrastruktur təminatı olmalıdır ki, insanlar həmin ərazilərə qayıda bilsinlər. Bütövlükdə ölkədə bu istiqamət üzrə görülən işlər təqdirəlayiq haldır. Bütün çağırış və risklərə baxmayaraq, müvafiq infrastrukturun bərpası ilə bağlı işlər görülməkdədir.

Ən mühüm məsələlərdən biri ondan ibarət olacaq ki, sözügedən bölgədə investisiya artımı üçün müvafiq şərait yaransın. Həmin bölgədə real istehsalla bağlı olan proseslər öz əksini tapmalıdır ki, bölgənin əmək və təbii resurs bazası əlavə dəyərin daha çox yaranmasına, istehsalın daha effektiv şəkildə qurulmasına şərait formalaşdırsın. Bu halda işğaldan azad olunmuş ərazilərdə dayanıqlı istehsal güclərinin istismara verilməsi mümkündür. Bu isə milli iqtisadiyyatın rəqabət qabiliyyətinin xeyli dərəcədə yüksəlməsinə şərait yaradacaq”.

Qeyd edək ki, ölkəmizdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı” qəbul edilib. Tədbilər Planına görə, Qarabağa 2022-2025-ci illərdə 10 270 ailə, 2026-cı ildə isə 24 230 ailə köçürüləcək. Bu günə qədər isə Zəngilanın Ağalı kəndinə 66 ailə (325 nəfər) köçürülüb və gələn ilin martına kimi daha 100 nəfərin köçürülməsi planlaşdırılır.

Gülşən Şərif

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv