Qarabağa gedən veloyürüş

1478415242_yurusAzərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində əvvəllər durğunluq dövrünü yaşayan bir sıra idman növləri yüksək sürətlə inkişaf etməyə başladı. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmiz artıq bir çox beynəlxalq səviyyəli yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrildi. Hər il bədii gimnastika, taekvondo, güləş, boks, futbol və s kimi olimpiya növlərinə daxil olan idman yarışlarının məhz Azərbaycanda keçirilməsi ölkəmizin inkişaf səviyyəsinin və qüdrətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan edilməsi dünya üçün yeni model kimi qəbul edildi. Bu il çərçivəsində Azərbaycanda velosiped idman növünün daha da inkişaf etdirilməsi sahəsində genişmiqyaslı işlər həyata keçirildi.

Tarixə səyahət

Azərbaycanda velosipeddən ötən əsrin 30-cu illərində istifadəyə başlanılıb. Yeni nəqliyyat vasitəsi kimi qəbul olunan velosipedlər Rusiyadan gətirilib. Məktəbli və tələbələr arasında daha populyarlaşması bir idman növü kimi ilk yarışların keçirilməsini təmin edib. İlkin mərhələdə bu yarışlar məktəblərarası və universitet daxilində keçirilib.Ötən əsrin 40-cı illərinin sonlarından başlayaraq velosiped yarışlarında təkcə kişilər deyil, qadınlar da təmsil olunmağa başlayıb. Əvvəlcə yerli spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri, qalib gəldikdən sonra respublika spartakiadasına vəsiqə alıblar.950-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunmağa başlanılıb. Artıq Azərbaycan idmançıları SSRİ çempionatında və dünya birinciliyində qüvvələrini sınayırdılar. Həmin illərdə Alxas Talıbov, Ələddin Şabanov, Vladimir Davidov, Ramiz Rəhimov, Viktor Semergey, Aleksandr Averin və başqaları çempionatlarda uğurla iştirak edirdilər. Bu da danılmaz faktdır ki, Alxas Talıbov və Ələddin Şabanov Avropada keçirilən turnirlərdə göstərdikləri uğurlara görə medal, diplom və təşəkkürnamələrlə təltif olunub. Ələddin Şabanov 50-dən artıq ölkədə keçirilən velosiped yarışlarında dünya, Avropa çempionatlarında, super velomarafonlarda Azərbaycanı yüksək səviyyədə təmsil edib. Bütün bu uğurların nəticəsi idi ki, Azərbaycan velosipedçiləri artıq Olimpiya Oyunları üzrə beynəlxalq konfranslarda iştirak edirdilər.

Ümummilli liderin idmana qayğısı

1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilib. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirilib. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilən konfransa qatılıb.

Milli Olimpiya Komitəsinə yeni nəfəs verild

1997-ci ildən İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycanda Olimpiya hərəkatı sürətlə inkişaf etməyə başlayıb. 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edən İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf edib. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilib, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılıb. 2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunub.

25 illik həsrət

Çox təəssüflə qeyd etməliyik bu idman növü ölkəmizin bütün regionlarında yayıla bilmədi. Erməni terrorçuları havadarlarlarının köməyi ilə 20 faiz torpaqlarımzı işğal etdilər. Dağlıq Qarabağ münaqişəsi25 ildən artıqdır ki, davam edir. Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir.Lakin prezident İlham Əliyevin apardığı xarici siyasət Ermənistanı heç bir çıxış yolu olmayan dalana dirəyib. Dağlıq Qarabağ münaqişəsinin gələcəyi bu məsələnin indiki vəziyyətinin birbaşa davamı deyildir. Ən əvvəl ona görə ki, diplomatiya tarixində hadisələr barışıq əldə olunandan sonra Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ifadə etdiyi bir mənəvi meyara görə qiymətləndirilir: “Əlbəttə, diplomatik uğurlar bizi sevindirir… lakin əgər bizim torpaqlar hələ də işğal altındadırsa, deməli, bütün bu nəticələrin prinsipial əhəmiyyəti yoxdur. Nəticələrin əhəmiyyəti o vaxt olacaqdır ki, Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad edilsin, bizim soydaşlarımız isə doğma yurdlarına qayıtsınlar. Bizim soydaşlarımız işğal edilmiş torpaqlara – Dağlıq Qarabağa bitişik ərazilərə və Dağlıq Qarabağa qayıtmalıdırlar”. Eyni zamanda uğurlu gənclər siyasəti sağlam cəmiyyətin qurulmasında mühüm rol oynayır. Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Ölkəmiz dünyanın bir çox mötəbər, beynəlxalq idman oyunlarına ev sahibliyi edir. Bu həm də ölkəmizin dinamik inkişafını və sabitliyini sübut edən əsas faktorlardan biridir. Son bir necə ildə ölkəmizin müxtəlif regionlarında veloyürüşlər təşkil olunub. Yürüşlərdə yüzlərlə gəncin iştirakı bu idman növünün ilbəil artan nüfuzundan xəbər verir.

Bizim həyata keçirdiyimiz istənilən yürüş düşmən ölkədə ciddi təşvişə səbəb olur. Istər hərbi, istər idman paradları düşmənin bütün xülyalarını alt-üst etmiş olur. İstənilən halda hər iki yürüş ölkəmizin gələcəyə nikbin baxmasına xidmət edir. Axı sağlam gənc həm də sağlam əsgər deməkdir!

Əminəm ki, növbəti ildə, növbəti bayraq günündə yüzlərlə gənc QARABAĞA – ŞUŞAYA, LAÇINA, KƏLBƏCƏRƏ veloyürüş edəcək. Əminəm ki, növbəti ildə biz Ağdam Məscidindən start götürərək Laçın dəhlizi ilə uzun bir veloyürüş edəcəyik. Əminəm ki, Leyla xanım Əliyeva Şuşanın qala qapılarının girişində qalibləri mükafatlandıracaq

Abbasov Səbuhi Mübariz oğlu

077610 0044

Qeyd: Yazı Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, İB klub və “Hədəf” Nəşriyyatının birgə layihəsi olan “MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə təqdim olunur.

Müsabiqənin linki

[url=http://www.7news.az/azerbaycan-velosiped-idmani-federasiyasi-baki-seher-gencler-ve-idman-bas-idaresi-ib-klub-ve-hedef-nesriyyatinin-birge-layihesi-olan-menim-velo-meqalem-adli-yazi-msabiqesi/]http://www.7news.az/azerbaycan-velosiped-idmani-federasiyasi-baki-seher-gencler-ve-idman-bas-idaresi-ib-klub-ve-hedef-nesriyyatinin-birge-layihesi-olan-menim-velo-meqalem-adli-yazi-msabiqesi/[/url]