!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağa köçün sosial və iqtisadi vəziyyətə mümkün TƏSİRLƏRİ - Professor ŞƏRHİ

!Reklam – Yazi

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı” qəbul edilib. Tədbirlər Planına görə, Qarabağa 2022-2025-ci illərdə 10 270 ailə, 2026-cı ildə isə 24 230 ailə köçürüləcək. Bu günədək isə Zəngilanın Ağalı kəndinə 66 ailə (325 nəfər) köçürülüb və gələn ilin martına kimi daha 100 nəfərin köçürülməsi planlaşdırılır.

Qarabağa köçün sosial və iqtisadi vəziyyətə mümkün təsirləri ilə bağlı öz fikirlərini professor Elşad Məmmədov  Yenicag.az-la bölüşüb.

O, qeyd edib ki, bank sektorunda müvafiq kapital hərəkətinin ölkədən çıxışı və daxil olması ilə bağlı sərtləşmənin tətbiqinə böyük ehtiyac var:

“Bu istiqamət üzrə atılan addımları təqdirəlayiq hal kimi qəbul etmək lazımdır. Belə ki, son illər ərzində ölkədən transsərhəd kapital çıxışı ilə bağlı böyük problemlər olub. Eyni zamanda ölkəyə daxil olan hər kapital həcminin ölkə iqtisadiyyatına müsbət təsiri barədə fikirlər söyləmək olmaz. Çünki ölkəyə gələn kapitalın xeyli hissəsi sepukilyativ kapitaldan ibarət ola bilər ki, bu, daxili bazarın silkələnməsinə və qeyri-sabit hala düşməsinə şərait yarada bilər. Ona görə də bank sektorunda kapitalın leqallaşdırılması ilə bağlı transsərhəd kapital hərəkətinin məhdudlaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Ümid edirəm ki, bank sektorunda həyata keçirilən islahatlar çərçivəsində ekspert cəmiyyətinin, elmi ictimaiyyətin mütərəqqi fikirlərinə reaksiya veriləcək və pul-kredit siyasəti, bank sektorundakı durumla bağlı ictimai müzakirələr genişləndiriləcək. Çünki yaxın və uzaq perspektivdə Azərbaycanda makroiqtisadi siyasətin nə dərəcədə effektiv olması pul-kredit siyasətindən və bank sektorundan asılı olacaq”.

Gülşən Şərif

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv