!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağa “könül körpüsü” – Türkiyədə Qarabağ parkı istifadəyə veriləcək  

!Reklam – Yazi

Bakıda “Şanlıurfa və Baqqalqazidən Qarabağa könül körpüsü” adlı tədbir keçirilib.

Millət vəkili dos.dr. Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”nun təşkil etdiyi tədbirdə Türkiyənin Şanlıurfa Büyükşehir bələdiyyəsinin sədri Nihat Çiftçi, Malatyanın Baqqalqazi bələdiyyəsinin sədri Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin sədri Hamit Özpolat və “Duru Tv”nin baş müdiri Mehmet Canbek iştirak edib.

Yenicag.az xəbər verir ki, tədbirdə iştirak edən qələm və söz sahiblərini salamlayaraq çıxışına başlayan Qənirə Paşayeva iki ölkə arasındakı əlaqələrin bütün istiqamətlərdə uğurla və inkişaf edən templə davam etdiyini diqqətə çatdırıb.

“Türkiyədəki əvvəlki tədbirlərdə Şanlıurfada Azərbaycan bulvarı və Qarabağ parkının istifadəyə verilməsi ilə bağlı təklif etmişdik. Çox sağ olsun, Türkiyə tərəfi bu məsləyə biganə qalmadı. Azərbaycan Bulvarı artıq istifadəyə verildi. Qarabağ parkı isə oktyabr ayında təhvil veriləcək”, – deyə Qənirə Paşayeva bildirib.

“Baqqalqazi Azərbaycan tarixi üçün çox önəmli bir diyardır. Baqqalqazi bələdiyyə başqanı hər zaman bizim fəaliyyətlərimizdə köməklik göstərib. Qeyd etmək yerinə düşər ki, Baqqalqazinin ən böyük məhəllələrindən biri də məhz Qarabağlılar məhəlləsidir. Eyni zamanda, Dağlıq Qarabağ məsələsi ilə bağlı Baqqalqazi bələdiyyəsi hər zaman bizə lazimi dəstəyi vermişdir”, – deyə xanım deputat sözlərinə əlavə edib.

Daha sonra Şanlıurfa Büyükşehir bələdiyyə başqanı Nihat Çiftçi çıxış edərək, Bakıda olmasından məmnunluq duyduğunu, iki ölkə arasındakı əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Nihat Çiftçi bu səfəri zamanı Şanlıurfaya qardaş Azərbaycan şəhəri seçəcəklərini də qeyd edib: “İki ölkə arasında tarixi-mədəni çox bənzərliklər var. İnanıram ki, Şanlıurfaya qardaş bir şəhər də tapa biləcəyik”.

www.yenicag.az

1694
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv