“Qarabağ”a milyonluq mükafat

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanması Ağdam təmsilçisinin büdcəsini də zənginləşdirəcək.

Yenicag.az xəbər verir ki, “Atletiko” ilə 0:0 hesablı heç-heçə nail olan təmsilçimizə UEFA tərəfindən yarım milyon avro mükafat ayrılacaq. Bu isə bir milyon manat deməkdir.

Qeyd edək ki, qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon avrodur.

Maraq üçün onu da bildirək ki, Ağdam klubu qrup mərhələsinə vəsiqə qazandığı üçün 12,7 milyon avroya da sahib çıxıb.