Reklam

Reklam

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” sabah qrup mərhələsinin sonuncu matçında “Roma”nın qonağı olacaq.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında qatılan İtaliya təmsilçisinin baş məşqçisi Eysebio di Françesko ağdamlılarla oyunla bağlı fikirlərini açıqlayıb.

Eysebio əvvəlcə Perotti və Nainqqolanın durumuna aydınlıq gətirib: “Hər iki futbolçu oyuna 100 faiz hazırdılar. Onlar “Qarabağ”a qarşı oynayacaqlar. Yalnız Kolarovun durumunu nəzərə alacağıq. O, son matçda çox yorulub. Bununla belə, yəqin ki, Kolarov da “Qarabağ”a qarşı oynayacaq”.

“Roma”nın çalışdırıcısı “Çelsi” – “Atletiko” matçı ilə də bağlı fikirlərini açıqlayıb: “Biz yalnız öz oyunumuz haqda düşünürük. Futbolçulara həmişə deyirəm ki, çempionatda və Çempionlar Liqasında taleyimiz özümüzdən asılı olmalıdı. Yalnız bu halda hansısa uğura imza atmaq olar”.

O, “”Qarabağ”la oyundan nə gözləyirsiz?” sualına isə belə cavab verib: “İlk dəqiqələrdən öz oyun mentalitetimizi göstərməli, hücum futbolu sərgiləməliyik. “Qarabağ”a nəfəs almağa imkan verməməyə çalışacağıq. Amma onu da qeyd edim ki, qarşımızda özünü yaxşı tərəfdən göstərən komanda olacaq. “Qarabağ” xüsusən Madriddəki matçda “Atletiko”ya qarşı yaxşı oyun nümayiş etdirmişdi. Bu, “Çelsi”nin ilk turda Londonda çoxlu qol vurduğu “Qarabağ” deyil. Bununla belə, öz oyunumuzu göstərə bilsək, azərbaycanlıları məğlub edəcəyik.  Bakıdakı kimi, yenə “Qarabağ”a qalib gəlməliyik. Avrokubok matçlarında qələbə qazanmaq asan deyil. Bakıdakı qarşılaşmadan sonra öz gücümüzə daha çox inanmağa başladıq”.

Eysebio “Qarabağ”ın sabahkı matçda sürprizə imza atma ehtimalından da söz açıb: “Bu suala “Qarabağ”la matç bitəndən sonra cavab vermək olar. Pessimizmdən söhbət gedə bilməz. Oyuna ciddi hazırlaşmışıq. Həmişə optimist olmuşam. Sabah da, gələcəkdə də bu cür davranacam”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1329
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.