!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağa pul köçürən “MoneyPolo”nun fəaliyyəti dayandırıldı

!Reklam – Yazi

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemləri və onların təqdim etdikləri xidmətləri təhlil edərək onların etibarlılığına və təhlükəsizliyinə nəzarəti davam etdirir.

Yenicag.az xəbər verir ki, bu barədə Palatanın yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində işğal altında olan ərazilərdə qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır. Palatanın apardığı araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsi, bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılması ilə bağlı tapşırıq verilib.

www.yenicag.az

1736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv