Reklam

Reklam

Yəmən vətəndaşı, bloqer Nada Ahmed Ali Al-Nahdi məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınmamasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, məktubunda N.Al-Nahdi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib.

Qanunsuz səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadığını bildirən N.Al-Nahdi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini vurğulayıb və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Məktubunda o həmçinin, gələcəkdə ölkəmizin işğal altında olan ərazilərinə bu kimi səfərlərdən çəkinəcəyini bildirib.

N. Al-Nahdinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”na salınmamasına dair qərar qəbul edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1186
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."