“Qarabağ”a qarşı təxribat törədənlər məlum oldu – FOTOLAR 

Dünən UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən ikinci turunda “Düdelanj”- “Qarabağ” oyununda (1:4) erməni təxribatı səbəbindən fasilə yaranmışdı. 

Yenicag.az-ın məlumatına görə, hadisədən sonra Lüksemburqun idman naziri yaranmış vəziyyətə görə “Qarabağ” rəsmilərindən üzr istəyərək, təxribatı törədənlərin cəzalandırılacağaını bildirib.

Araşdırma zamanı məlum olub ki, hadisə “ultraqrup birinci erməni cəbhəsi” adlı qruplaşma tərəfindən törədilib. Onlar həm də stadion ətrafında olan avtomobillərə ziyan vurublar.

Dəstənin üzvləri polis tərəfindən axtarışdadır. Qeyd edək ki, dəstə təxribatı törətmədən əvvəl instagram hesablarından şəkildə paylaşıb. Onların əllərində dron olduğu görünür.