Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı

Sutka ərzində 178 nəfər Ermənistandan Qarabağa qaytarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sutka ərzində rus sülhməramlıları Ermənistandan Qarabağ ərazisinə 178 nəfərin qayıdışını təmin edib. 14 noyabr 2020-ci ildən bəri Qarabağa ümumilikdə 47 min 653 nəfər qayıdıb”, – məlumatda qeyd olunub.