“Qarabağ”a qol vuran futbolçu ən yaxşı adına namizəddir

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Yenicag.az xəbər verir ki, Rayan Qravenverx(“Liverpul”), Volf Eikrem (“Molde”), Vinçentso Qrifo (“Frayburq”) və “Qarabağ”la görüşdə 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalan Florian Virts (“Bayer”) siyahıda özünə yer edib.

UEFA-nın rəsmi saytında keçiriləcək səsvermədən sonra qalibin adı dəqiqləşəcək.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə matçda 1:5 hesabı ilə uduzub.