!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”a texniki məğlubiyyət veriləcək

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda “Səbail”lə qarşılaşan “Qarabağ” bu oyundan qalib ayrılsa da, komandaya texniki məğlubiyyət veriləcək.

Yenicag.az Futbolinfo.az-a istinadən xəbər verir ki, buna Ağdam klubunun oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub. Belə ki, ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzində meydana çıxan Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Amma bu, məşqçilər korpusunun diqqətindən yayınıb və o, meydana buraxılıb.

Qarşıdakı günlərdə keçiriləcək AFFA İntizam Komitəsinin iclasında Ağdam klubuna texniki məğlubuyyətin verilməsi rəsmiləşəcək.

Qeyd edək ki, “Qarabağ” bu oyunda “Səbail”ə 1:0 hesabıyla qalib gəlib.

www.yenicag.az

3378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv