“Qarabağ”a Türkiyədə mükafat verildi

Bu gün Türkiyənin məhşur media orqanlarından biri “Milliyet” qəzetinin “ilin idman mükafatları-2017” tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə “ilin komandası” mükafatına namizədlərdən biri olan “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da iştirak edib.

Mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 20:30-da başlayıb. Lakin Ağdam klubu ilin ən yaxşı komandası seçilə bilməyib. Bu ada yerli “Fənərbaxça” klubunun basketbol komandası layiq görülüb. “Qarabağ”a isə münsiflər heyəti tərəfindən xüsusi fəxri mükafat təqdim olunub.

COP29