!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağa xüsusi qoşun yeridilir – VİDEO

!Reklam – Yazi

tyrytryKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağa qoşun yeritməyə hazırlaşır.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini Valeri Semerikov bildirib ki, qurum yalnız üzv ölkələrin ərazisində deyil, kənarda da, o cümlədən Qarabağda da sülhməramlı missiya gerçəkləşdirə bilər.

Politoloq Rasim Musabəyovun fikrincə, bu təşkilata Ermənistan da üzvdür. Odur ki, münaqişə tərəfinin həm də sülhməramlı qismində çıxışı anlaşılmazdır.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişənin həllinə heç bir aidiyyatı yoxdur. Eləcə də nə danışıqlar prosesində, nə sülhün təmin olunmasında, nə də atəşkəsin pozulmasında. Nəzərə almaq lazımdır ki, Ermənistan bu təşkilatın üzvüdür. Eyni zamanda bu təşkilat həm Ermənistanın müdafiəsini, həm də təhlükəsizliyini təmin edir. Bu necə ola bilər ki, bir təşkilat gəlib burada tər`fsiz bir qüvvə kimi çıxış edəcək. Bu mümkün deyil”, deyə Rasim Musabəyov qeyd edib.

Politoloqun qənatincə, KTMT-yə üzv dövlətlər arasında Ermənistana yalnız Rusiya dəstək verir. Rusiya da həmsədr dövlət olduğu üçün məsafə saxlamağa məcburdur. Azərbaycanın təşkilata digər üzv dövlətlərlə yaxşı münasibətləri var.

Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi bağlamış ölkələrdən yalnız o halda kömək ummaq hüququ var ki, Azərbaycan ordusu Ermənistana daxil olsun.

İndiki halda baxmayaraq ki, Azərbaycan hələ ki, bu işğal olunmuş torpaqlara nəzarət etmir, rəsmi Bakının icazəsi və razılığı olmadan heç bir ölkənin, heç bir təşkilatın Qarabağda, nəinki sülhməramlı qüvvə yerləşdirmək, heç müşahidə aparmaq da səlahiyyəti yoxdur.

Bölgədə sülhməramlı qüvvələr və iştirakçı qüvvələrin tərkibi münaqişə tərəflərinin razılığı ilə formalaşdrılmalıdır.

ATƏT-in Budapeşt sammitinin qərarına görə, Dağlıq Qarabağda hər hansı dövlətin sülhməramlı qüvvələrində iştirak payı 30 faizi aşmamalıdır.

Amerikalı həmsədr Ceyms Uorlik isə deyib ki, münaqişənin həllində maraqlı dövlətlər – ABŞ, Fransa və Rusiya sülhməramlı missiyada iştirak edə bilməz.

“Jamanak” yazır ki, Rusiya indi bunu KTMT pərdəsi altında etmək istəyir. Rusiyanın bölgəyə qoşun yeritməsi Qarabağın tamamilə itirilməsi deməkdir(Ans).

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv