“Qarabağ”da ciddi itki

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” ciddi itki ilə üzləşib.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisinin bolqar legioneri Simoen Slavçev sıradan çıxıb.

Bolqarıstan millisinin düşərgəsində zədələnən yarımmüdafiəçi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

25 yaşlı futbolçu bu səbəbdən Avroliqada “Sportinq”lə görüşü buraxmalı olacaq.

Qeyd edək ki, Slavçev Millətlər Liqasının ikinci turunun Norveçlə oyunu öncəsi isinmə hərəkətləri zamanı zədə alıb.

Xatırladaq ki, “Qarabağ” sentyabrın 20-də Avroliqanın qrup mərhələsində “Sportinq”in qonağı olacaq.

COP29