Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” (0:0) matçında zədələnən Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, ilkin müayinədən sonra müdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub. Bunu saytımıza açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Onun sözlərinə görə, növbəti müayinədən sonra aparıcı futbolçunun durumuna tam aydınlıq gələcək.