“Qarabağ”da ciddi itki

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”in qonağı olan “Qarabağ” oyunun əvvəlində ciddi itki ilə üzləşib.

Yenicag.az xəbər verir ki, Donald Gerrye zədələnib. Nəticədə oyunu davam etdirmək gücündə olmayan futbolçu matçın 11-ci dəqiqəsində Əfran İsmayılovla əvəzlənib.

Yenicag.az