“Qarabağ”da daha bir ciddi itki

f0c0f-reshad“Qarabağ” daha bir ciddi itki ilə üzləşib.

Bu haqda Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Hazırda milli komandanın düşərgəsində olan kapitan Rəşad Sadıqovun məşq zamanı əzələsi dartılıb. Həkimlərin ilkin diaqnozuna görə, R.Sadıqov 2 həftə oynamayacaq.

R.Sadıqovun noyabrın 26-da Bakıda “Tottenhem”ə qarşı keçiriləcək Avroliqanın qrup mərhələsində oyununda iştirak edib-etməyəcəyinə gəlincə, N.İbrahimov deyib: “Həkimlər Rəşada ən azı 10 gün topa toxunmağı icazə verməyib. Yalnız həmin müddət başa çatdıqdan sonra Rəşadın “Tottenhem”lə matçda iştirak edib-etməyəcəyi dəqiqləşəcək”.

Xatırladaq ki, bundan öncə “Qarabağ”ın lider oyunçularından olan Reynaldo Silva da zədələnmişdi. O, bu il heç bir matçda oynaya bilməyəcək.

Yenicag.az