Qarabağda daha bir erməni hərbçisi öldü

Azərbaycanın işğal edilmiş ərazilərində daha bir erməni hərbçisi ölüb.

Yenicag.az Ermənistan mətbuatına istinadən bildirir ki, ötən gün axşam saatlarında Dağlıq Qarabağda 1992-ci il təvəllüdlü hərbi qulluqçu Suren Ayvazyanın yol qəzası nəticəsində ölüb.

Ölən əsgərin şimal istiqamətində dislokasiya olunmuş hərbi hissələrdən birində xidmət etdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

COP29