Ermənistan işğal etdiyi Dağlıq Qarabağda daha bir itki verib. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, erməni hərbçinin ölümünə səbəb Azərbaycan ordusunun açdığı atəş olub.
Hadisə oktyabrın 11-də saat 12:10-da qeydə alınıb. Dağlıq Qarabağın şərqindəki hərbi hissələrdən birinin döyüş postunda müqavilə ilə xidmət edən 27 yaşlı Sanasar Qriqoryan ölümcül yaralanıb.