Qarabağda döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir – VİDEO

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən tərk edilmiş döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir, ərazidə kommunikasiya xətləri bərpa olunur.

Azərbaycan müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, sentyabrın 29-da Tərtər və Ağdərə yaşayış məntəqələrini birləşdirən yol üzərindəki döyüş mövqeyi ləğv edilərək nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.