Bu gün ermənilərin işğal altında saxladığı Qarabağın şimal istiqamətində, Madağizdə yerləşən hərbi hissənin yaxınlığındakı qəza baş verib.
Yeniçağ.az Azvision.az-a istinadən xəbər verir ki, erməni hərbçilərin olduğu “Vilis” markalı avtomobil su anbarına düşüb.
Qəza nəticəsində sürücü ilə yanaşı iki erməni əsgər suda boğulub.
Cəsədlərdən ikisi saat 20:00 radələrində sudan çıxarılsa da, bir erməni əsgərin cəsədi hələ də axtarılır.
Ölən 3 erməni əsgərin şəxsiyyəti hələ müəyyən edilməyib.
Yeniçağ.az