“Qarabağ”da əcnəbi məşqçi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fiziki hazırlıq üzrə köməkçisi bəlli olub.

Yenicag.az xəbər verir ki, Bolqarıstanın MOİK klubunun məşqçisi Mario Mitov karyerasını Ağdam klubunda davam etdirəcək. O, bu postda Çudomir Çakarovu əvəzləyəcək.

Qeyd edək ki, Çakarov Azərbaycan millisində Qurban Qurbanovun köməkçisidir.

 

Loading...