“Qarabağ”da erkən ayrılıq – EKSKLÜZİV

Qış “transfer pəncərəsi” zamanı “Qarabağ”dan ayrılacaq futbolçulardan birinin adına aydınlıq gəlib.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, bu, yarımmüdafiəçi Rahid Əmirquliyevdir. Ağdam təmsilçisində mütamadi olaraq forma şansı qazana bilməyən təcrübəli futbolçu özünə yeni klub axtarmaq məcburiyyətində qalacaq. Belə durumda isə ona “Qəbələ” klubu qapılarını aça bilər.

Qeyd edək ki, Rahid Əmirquliyev “Qarabağ”a 2016-cı ilin yanvarında transfer olunub. Onunla 2,5 illik sözləşmə imzalanıb.