Qarabağda erməni əsgər öldürüldü

ermeni cesedi-xezerinfo_az4Azərbaycanın işğal altında olan ərazilərində xidmət aparan erməni əsgər öldürülüb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən əsgər Vaqe Eqoyan cəsədi mayın 25-i saat 18:20 radələrində aşkarlanıb. Onun Qarabağda şimal istiqamətdə olan hərbi hissələrdən birində naməlum şəraitdə öldürüldüyü bildirilir.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.