Qarabağda erməni əsgəri ölüb

Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan torpaqlarında daha bir hərbi qulluqçusunu itirib.

19 yaşlı Lernik Osyanın fevralın 18-də saat 11.45 radələrində döyüş postunda meyiti tapılıb.

Hələlik naməlum şəraitdə öldüyü bildirilən Ermənistanın Lori vilayətinin Odzun kəndinin sakini L.Osyan ailənin tək övladı olub.

Yeniçağ.az