Qarabağda erməni hərbçi məhv edildi

ermeni cesedi-xezerinfo_az4Ermənistan ordusu növbəti dəfə itki verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gecə cəbhə xəttində gedən döyüşlərdə bir erməni hərbi qulluqçu məhv edilib.

Ölən erməni hərbçi 1996-cı il təvəllüdlü Ayk Minasyandır.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.