!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda müharibə başlasa, Rusiya üçün “II Çeçenistan” yaranacaq? – Analiz

!Reklam – Yazi

81-300x225Elxan Şahinoğlu: “Qarabağ ətrafında hərbi əməliyyatların yenidən alovlanması kənar ərazilər qismində ilk növbədə Şimali Qafqazda, yəni Rusiya daxilində mənfi hadisələrə səbəb ola bilər”

İşğalçı Ermənistan qüvvələri yenə də intensiv olaraq atəşkəsi pozmaq və təxribatlar törətməklə məşğuldur. Halbuki, aprel döyüşlərindən sonra baş turan Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan əsas nəticə məhz atəşkəs rejiminin daha da gücləndirilməsi məsələsi olmuşdu. Atəşkəs rejiminin yenidən intensiv olaraq pozulması nəticəsində Ermənistanın günahı üzündən bölgədə yeni müharibə təhlükəsi getdikcə qaçılmaz hal almağa başlayır. Bu əsasda da iddialar səslənir ki, Qarabağ cəbhəsində başlana biləcək yeni müharibə bütün Qafqazda və hətta ondan kənardakı bölgələrdə də təhlükəli vəziyyət yarada bilər. Bu halın baş verməsi nə dərəcədə realdır?

Yenicag.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Dağlıq Qarabağ ətrafında müharibənin yenidən alovlanması fonunda regionun ətraf bölgələrinin də anoloji vəziyyətlə üz-üzə qalması ehtimalı böyükdür: “Beynəlxalq təşkilatların bölgədə vəziyyətin gərginləşməsi fonunda belə Ermənistana təzyiq etdikləri və edəcəyini düşünmürəm. Çünki ermənilər dəfələrlə atəşkəsi pozsalar da heç bir təzyiqlə üzləşmirlər. Əksinə, apreldəki toqquşmalara nə səbəb oldusa, həmin səbəblər yenə də qalmaqdadır. Danışıqlarda da irəliləyiş yoxdur. Ermənilər işğal etdikləri torpaqlarda hərbi təlimlər də keçirir. Bütün bunlar ondan xəbər verir ki, hərbi toqquşma ehtimalı getdikcə artır. Bu mənada burada başlaya biləcək növbəti müharibə təkcə Azərbaycanla Ermənistanı əhatə etməyəcək, bölgə üçün də böyük təhlükələr vəd edir. Bunu böyük dövlətlər anlamalı və bu əsasda da Ermənistana təzyiq edib münaqişənin sülh yolu ilə həllini sürətləndirməlidirlər”.

Amma həmsöhbətimiz təəssüflə bildirdi ki, bu baş vermir: “Böyük dövlətlər Ermənistana təzyiq etmirlər. Əksinə, görürük ki, Ermənistan hakimiyyəti son zamanlar bir qədər də irəli gedərək, qondarma rejimin “konstitusiyası”nı dəyişir, tez-tez Ermənistan rəsmiləri qeyri-qanuni olaraq Xankəndinə gəlib, orada hərbi müşavirələr keçirirlər. Bütün bunlar təxribatlardır və Azərbaycan da bu təxribatlara cavab vermək hüququna malikdir. Proses ondan xəbər verir ki, hər şey hərbi toqquşmaya doğru gedir və heç kim onun qarşısını ala bilməz. Necə ki, aprel döyüşlərindən sonra böyük dövlətlər Ermənistana təzyiq edib mərhələli həll planına yaşıl işıq yandırmadılar, hərbi toqquşma ehtimal da getdikcə artır. Ermənistan atəşkəsi pozmasa da belə, Azərbaycan özü danışıqların uzun müddət nəticəsiz qalmasına dözməyəcək və bir gün işğaçıya yenidən təzyiqi artıracaq”.

E. Şahinoğlu qeyd etdi ki, Qarabağda döyüşlərin yenidən canlanması ilk növbədə Rusiya ərazisi olan Şimali Qafqazda anoloji mənfi presedentlərə gətirib çıxaracaq:

“Qarabağ ətrafında hərbi əməliyyatların yenidən alovlanması ilk növbədə digər bölgə olaraq Şimali Qafqazda, yəni Rusiya daxilində mənfi hadisələrə səbəb ola bilər. Ona görə Rusiya daxilindəki qüvvələr anlamalıdır ki, Cənubi Qafqazda geniş miqyaslı hərbi əməliyyatlar başlasa, bunun Şimali Qafqaza keçmək ehtimalı da artacaq. Məhz bu təhlükəni real saydığına görədir ki, aprel ayında Moskva tərəfləri tələm-tələsik atəşkəs rejimi bağlamağa vadar etdi. Amma görünən odur ki, ermənilərin günahı üzündən atəşkəsə yenə də riayət olunmur. Rusiya müharibənin olması və onun Şimali Qafqaza da yayılmasını istəmirsə, bütün hallarda İrəvan rejiminə təzyiq göstərməlidir. Amma hələ də belə bir təzyiqi müşahidə etmirik”.

Elçin/Yenicag.az

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv