Qarabağda neçə seçki məntəqəsi yaradıldı?

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələrində seçkinin qanuna uyğun keçirilməsi üçün şərait yaradılııb.

Məlumata görə, azad edilən ərazilərdə 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb.