“Qarabağ”da növbəti ayrılıq

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, söhbət Vüqar Mustafayevdən gedir. 2016-ci ilin yanvarından icarə əsasında “Zirə”də çıxış edən yarımmüdafiəçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, Vüqar Mustafayev Ağdam klubuna 2015-ci ilin yayında transfer olmuşdu.

Yenicag.az