!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda “rus dili” təxribatı: “Bu onların özünə zərər verəcək” – Rus politoloq / MÜSAHİBƏ

!Reklam – Yazi

“Qarşı tərəfin bütün cəhdlərinə baxmayaraq, onların əldə edilmiş razılaşmanın nəticələrini dəyişmək üçün heç bir şansları yoxdur”.

Bu fikirləri Yenicag.ru-ya verdiyi müsahibədə rusiyalı politoloq, siyasi elmlər doktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Tatyana Poloskova səsləndirib.

Tatyana Poloskova qeyd edib ki, ermənilərin revanşist düşüncələri ilk növbədə onların özünə zərər verəcək:

“Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra yurisdiksiyasını itirmiş bəzi strukturlar tərəfindən qəribə açıqlamaların veriləcəyi gözlənilən idi. Qarabağda hələ də informasiya müharibəsi bitməyib, əksinə hər keçən gün daha da şiddətlənir. Ermənistanda və erməni diasporunda revanşist düşüncələr hakimdir. “Artsax hökuməti” üzvlərinin bəzilərini tezliklə mühacirətdə görəcəyimizi istisna etmirəm. Bu həmin ermənilər üçün yaxşı olardı, çünki bunu etməyəcəkləri təqdirdə münaqişə zamanı Moskvanın isti divanlarında oturub saxta vətənpərvərlik sərgiləyənlər üçün yenə də “maşa” olacaqlar. Bu cür təcrübələrin nə Ermənistana, nə də erməni xalqına bir xeyri var, əsas da Qarabağdakılara”.

Xankəndidəki separatçı rejimin qalıqlarının rus dilini ikinci rəsmi dil elan etməsinə toxunan Tatyana Poloskova onların bu yaltaqlıqlarının da nəticəsiz qalacağını bildirib:

“Bir rus qadını olaraq Qarabağdakı müəyyən dairələrin rus dilini siyasi vasitə olaraq istifadə etmələrindən məmnun olmadım. Niyə əvvəllər belə bir qanunvericilik sənədini qəbul etmədilər? Bu nə üçündür? Sentimental rus xalqı, Marqarita Simonyanın sevdiyi ifadə elə desək, “Ana Rusiya” Qarabağ ermənilərinin kemiş parlamenti üçün bəlkə göz yaşı tökərək inildəyəcək? Hə, bir də Rusiya hakimiyyətini vəziyyətə təsir göstərməyə və heç olmasa, Qarabağın bir hissəsini İrəvanın sərəncamına qaytarmağa inandıracaq?!”

Politoloq Rusiyanın daxili problemlərinin çox olduğunu və Qarabağ erməniləri ilə nələrin yaşandığını daxili auditoriyanın marağını cəlb etmədiyini vurğulayıb:

“Rusların böyük əksəriyyəti indi bununla maraqlanmır, çünki bizim özümüzün çoxlu problmlemlərimiz var və radikal siyasətçilər istisna olmaqla heç kim əlavə problem yaratmaq istəmir.

Heç bir şeyi qalmayan saxta parlament isə sabah mülkləri bölməyə başlayacaq, guya müharibə elan edəcəklər. Bu, cəfəngiyyatdır!

Qarşı tərəfin bütün cəhdlərinə baxmayaraq, əldə edilmiş razılaşmanın nəticələrini dəyişmək üçün heç bir şansları yoxdur”.

Tatyana Poloskova onu da əlavə edib ki, Qarabağ məsələsinin həllində əsas oyunçu Rusiya deyil:

“Moskvada Rusiya-Azərbaycan münasibətlərinin inkişafını izləyənlər Vladimir Putinlə İlham Əliyev arasındakı yaxşı münasibətlərdən xəbərdardırlar. Prezident Putinin xaricdəki siyasəti, ümumiyyətlə, bir çox cəhətdən ölkələrin başçıları ilə fərdi razılaşmalar üzərində qurulur. Və bu, prinsipcə normaldır. Ancaq bu vəziyyətdə Qarabağ məsələsinin həllində əsas oyunçu Rusiya deyil”.

Qafqaz Ömərov

Çeviri: Aqil Bəkir

www.yenicag.az

1991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv