Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Şerif”lə qarşılaşacaq “Qarabağ” oyunöncəsi ciddi itki ilə üzləşib.
Yenicag.az xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Miçel Madera sıradan çıxıb.
İspaniyalı futbolçu Azərbaycan Premyer Liqası çərçivəsində “Neftçi”yə qarşı keçirilən oyunda zədələnib.
Onun 15 gündən tez komandaya qoşula bilməyəcəyi ehtimal olunur.
Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçı avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma 21:00-da başlanacaq.