Daşaltı blokpostunda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atan terrorçunun kimliyi bəlli olub. Onun 1975-ci il təvəllüdlü Norayr Mirzoyan olduğu bildirilir.
Qeyd edək ki, terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb.
Onun həyatı üçün təhlükə yoxdur.
*11:10
Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə minik avtomobilindən qumbara atıb.
Yenicag.az “Caliber.az”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.
Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.
Video BURADA