Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Qarabağda toqquşan qlobal maraqlar: ABŞ-Rusiya qarşıdurması gücləndikcə...

Rusiya və ABŞ arasında münasibətlər daha sürətlə pisləşir. ABŞ-ın Moskvaya qarşı bu dəfə daha ciddi sanksiyalara əl atıb. Buna cavab olaraq Rusiya da Vaşinqtona münasibətdə anoloji sanksiyaları tətbiq edəcəyini bəyan edib. Həm də hər iki dövlət ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Və onların arasında münasibətlərin pisləşməsi bu dövlətlərin Dağlıq Qarabağ probleminin həllində birgə vasitəçiliyi üçün də təhdid yarada bilərmi?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, ABŞ-la Rusiya arasında gərginləşən münasibətlər onların Minsk qrupunun həmsədrləri kimi vasitəçi olduqları Qarabağ konfliktinin həlli prosesinə təhdid yaratmasa da, fasilənin yaranmasına gətirib çıxara bilər:

“ABŞ-la Rusiya arasında münasibətlərin kəskinləşməsi bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik prosesinə təhdid deyil, hələlik, ilk növbədə prosesdə ancaq fasilə yarada bilər. Başı dünya ağalığı uğrunda mübarizəyə qarışan dövlətlərin Qarabağ prosesilə məşğul olmağa ya həvəsləri, ya da imkanları olmaya bilər. Xüsusən də bu məsələdə Moskvanın mövqeyi Azərbaycan üçün daha vacibdir. Çünki Rusiyanın Ermənistana təsir imkanları var və o, bu imkanlardan yararlanmaqla düşmən ölkəni istədiyi istiqamətə çəkə bilər. Sağlam düşüncəli dövlətlər heç bir zaman nüvə silahının tətbiq edilməsinin tərəfdarı olmayıb. Amma hər halda nüvə silahından bir dəyənək kimi istifadə edənlər də var. İki super güc arasında yaşanan gərgin atmosferin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də təhdid yarada biləcəyini düşünmürəm. Ümumiyyətlə, uzun illərdir ki, həmsədrlər bu problemin həlli ilə deyil, onun ancaq qaynar fazaya keçməməsinə nail olmaq uğrunda çalışıblar. Bu istiqamətdə həm ABŞ, həm də Rusiyanın maraqları üst-üstə düşür. İndi də prosesdə eyni vəziyyət hökm sürür. Belə olan təqdirdə, ABŞ-la Rusiya arasında pisləşən münasibətlərin öz mənfi təsirini Qarabağ konfliktinin həlli prosesinə də göstərəcəyini zənn etmirəm. Amma bununla belə prosesdə fasilə yarana bilər. Belə bir ehtimalın baş verməsi mümkündür”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

280
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM