Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağda yalnız şərq çinarları əkilir – RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sosial şəbəkələrdə və bəzi saytlarda Füzuli və Zəngilanda əkilən Şərq çinarının yerinə şam ağaclarnın əkilməsi ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə, işğaldan azad olunmuş Füzuli və Zəngilanda ağacəkmə aksiyaları keçirilib. Əkilən ağaclar təbii şəraitə uyğun və yerli ağac cinslərindən olub, yəni füsunkar Qarabağ bölgəsinin relyefinə və iqliminə uyğun Şərq çinarları əkilib, yerli palıd cinsindən olan toxumlar səpilib.

İ.İbrahimova bildirib ki, sosial şəbəkədə və bəzi saytlarda Qarabağda ağac əkilməsini yayımlayarkən yanlışlıqla Abşeronda və digər ərazilərdəki ağacəkmə aksiyalarında şam və sərv ağaclarının əkini olan fotolar yerləşdirilib:

“Bu da haqlı olaraq izləyicilərin narazılığına səbəb olub. Şəklə görə şərh verilib ki, niyə şam və ya sərv ağacları əkilib? Əslində isə belə deyil, Zəngilan və Füzuli rayonlarının ərazisində Şərq çinarları əkilib. Bu cür kampaniyalar Qarabağın digər ərazilərində də davam edəcək”.

www.yenicag.az

167