!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda yaşıl enerji zonasının yaradılmasına xüsusi diqqət yetiriləcək

!Reklam – Yazi

Bərpaolunan enerji mənbələrinin, xüsusən günəş və külək enerjisinin inkişafı, enerji səmərəliliyinin artırılması istiqamətində qarşıdakı dövrdə də işlər davam etdiriləcək. Qarabağda yaşıl enerji zonasının yaradılması istiqamətində aparılan tədbirlərə xüsusi diqqət yetiriləcək.

Yenicag.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin iclasında 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa-quruculuq işlərinin daha geniş və sürətli şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biri həmin ərazilərin çoxsaylı minalardan və partlamamış sursatlardan təmizlənməsidir. Bu baxımdan, ANAMA və tədbirlərə cəlb olunmuş digər qurumlar fəaliyyətlərini daha da genişləndirməli və sürətləndirməlidirlər.

COP29

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv