“Qarabağ”da yeni müqavilə

“Qarabağ” futbolçusu Donald Gerrye ilə müqavilənin müddətini yeniləyib.

Yenicag.az xəbər verir ki, ağdamlılar legioner ilə 1 illik sözləşmə imzalayıb.

Bu barədə haitili futbolçunun özü açıqlama verib.

Qeyd edək ki, Donald Gerrye ötən ilin yayından “Qarabağ”da çıxış edir.